Kriminal
Təhsil şöbəsinə müdir keçmək istədi, 12 mini mənimsənildi
Bakıda külli miqdarda dələduzluq əməlinə görə həbs edilmiş 1989-cu il təvəllüdlü Bəxtiyar Yusifovun daha bir cinayəti üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, 2021-ci ildən həbsdə olan və 7 il 6 ay həbs cəzasına məhkum edilmiş şəxs barəsində yeni cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarına müraciət edən Aqşin adlı şəxs Bəxtiyarın onu aldadaraq 12 min manat pulunu mənimsədiyini bildirib. O qeyd edib ki, Bəxtiyar özünü Təhsil Nazirliyində çalışan yüksək vəzifəli şəxsin sürücüsü kimi təqdim edib. Bəxtiyar Aqşini Gədəbəy Rayon Təhsil Şöbəsinə müdir təyin etdirəcəyinə dair yalan vəd verərək inandırıb və bu işi 20 min manat qarşılığında həll edəcəyini deyib. Bəxtiyar pulun 12 min manatını əvvəlcədən alıb. Lakin üstündən xeyli vaxt keçsə də, Aqşin Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilməyib.
Aldadıldığını görən Aqşin hüquq-mühafizə orqanlarına müraciət edib. Bu zaman məlum olub ki, Bəxtiyar digər şəxslərə də külli miqdarda pul “atıb” və həbsdədir.
28 noyabr 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsi Bəxtiyara yeni cinayət işi üzrə hökm oxuyub. Onun cəzası qüvvədə olan digər cəza ilə birləşdirilib. Beləliklə, Bəxtiyar Yusifovun həbs müddəti 6 ay artırılaraq 7 il 6 aydan 8 ilə qaldırılıb.
Turqut Seyidov
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO


















.webp)
















.jpg)
.jpg)
.jpg)