Kriminal
Kürəkəndən biabırçı hərəkət: qayınanasının intim videosunu əldə etdi, sonra... - Şok
Şirvan şəhərində 1989-cu il təvəllüdlü Cabir həm xalası, həm də qayınanası olan Gülnarın (adlar şərti verilib – red.) haqqında intim görüntülərini yaymaqda ittiham edilib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Cabir arvadı Güneli ondan boşanmaq fikrindən yayındırmaq məqsədi ilə anası Gülnar barəsində video toplayaraq özündə saxlayıb.
Cabir həmin intim görüntüləri əks etdirən video-faylları qohumları arasında yaymaqla Gülnarı rüsvay edəcəyi ilə hədələyib. Arvadı Günelin bu hədələri ciddi qəbul etmədiyini görən Cabir 5 dekabr 2023-cü ildə qayınanası Gülnarın real cinsi əlaqə səhnələrini əks etdirən 2 dəqiqə 38 saniyəlik və 10 saniyəlik iki ədəd video fayılları votsap vasitəsi ilə onun əri Kamala, eyni zamanda Kamalın atası Camala göndərib.
Bu hərəkətləri ilə o, ailə sirrini əks etdirən video-çəkiliş materiallarını qanunsuz toplayıb, yayıb, şəxsi həyatın toxunulmazlığını pozub.
Bundan başqa, Cabir satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,673 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edərək üzərində saxlayıb.
Şirvan Şəhər Polis Şöbəsinin post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 13 mart 2024-cü ildə saxlanılıb.
İstintaq orqanı tərəfindən Cabirin barəsində Cinayət Məcəlləsinin 156.1 (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə ittiham elan edilib.
“Məndən möhlət istədi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cabir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, 2012-ci ildə xalası Gülnarın qızı Günellə ailə qurub: “Ailə həyatı qurduqdan sonra Abşeron rayonunun Saray qəsəbəsində yaşamışlq. Birgə nikahdan iki azyaşlı övladımız var.
Münasibətlərimiz əvvəllər yaxşı olub. 2 il öncə xalam oğlu və qaynım Rəhim məndən müxtəlif vaxtlarda ümumilikdə 17 min manat borc aldı. Hər dəfə ondan borcumu tələb etdikdə, bu gün-sabah borcu ödəyəcəyini bildirdi, məndən möhlət istədi. Günel də məndən qardaşına borcu qaytarması üçün vaxt verməyimi xahiş elədi”.
“Dedi, sənin ailəni dağıdacam”
Cabirin sözlərinə görə, 2023-cü ilin oktyabrında o xalası, həm də qaynanası Gülnara zəng edərək Bakı şəhərinə gəlməsini və oğlunun ona olan borcunu verməsini tələb edib:
“Həmin vaxtı Gülnar Rusiya Federasiyasında idi. 2023-cü il oktyabr ayının 24-də xalam öz oğlu Rəhim və gəlini Nərminlə yaşadığımız evə gəldilər. Onlardan verməli olduqları 17 min manat borcu tələb etdim. Gülnarla Rəhim üzümə dayandılar ki, Rəhimin mənə borcu yoxdur, olmayıb. Bu zəmində Rəhimlə mübahisəmiz başladı.
Bacımın əri Natiq Rəhimlə məni bir-birimizdən uzaqlaşdırdı. Daha sonra xalam Gülnar həyat yoldaşım Güneli və 2 uşağımı məcburi şəkildə ayaqyalın evdən çıxardı, avtomobilə əyləşdirərək apardı. Gülnar qışqıraraq mənə dedi ki, sənin ailəni dağıdacam, səni sındıracam, uşaqlarına həsrət qoyacam.
Həyat yoldaşım getdikdən sonra dəfələrlə onunla əlaqə saxlamaq istəmişəm. Amma məni telefonda, eləcə votsap mobil tətbiqindən əngəllədiyi üçün əlaqə saxlamağı mümkün olmadı. Mənin həyat yoldaşımla heç vaxt mübahisəmiz olmayıb”.
Cabir qeyd edib ki, 2023-cü ilin dekabrın 1-də qızı Ləmanı və oğlu Uğuru görmək üçün onların təhsil aldığı məktəbə gedib:
“Məktəbdə uşaqlarımla görüşdüm. Gördüm ki, qızımı mənə qarşı döndərdilər. Sonradan uşaqlarımla da əlaqə saxlamağıma maneə yaratdılar.
Günellə polis vasitəsi ilə telefon əlaqəsi saxladım. Ona qarşısında iki seçimin olduğunu, yəni ya ayrılmaq, ya da barışmalı olduğumuzu söylədim. Günel məndən atasının yanına gəlməyimi, böyüklərindən üzr istəməyimi istədi. Dedim ki, belə bir şey heç vaxt olmayacaq.
Günel dedi ki, ayrılsaq uşaqları sənə göstərməyəcəm. Mən də ona uşaqları ondan necə alacağımı bildiyimi söylədim. Bunu necə edəcəyimi soruşanda anasının intim görüntülərinin olduğunu bildirdim. Dedi ki, get nə bilirsən elə”.
“Mənimlə namusdan danışmağa başladı”
Cabirin sözlərinə görə, Günel anasının intim videolarını votsapda ona göndərməyini istəyib: “Sonra Rəhim və digər şəxslər məni evdən məcburi çıxardılar. Rəhim üzümə də tüpürdü. Çölə çıxanda qayınatam Kamalla qarşılaşdım. O, mənə namusdan danışmağa başladı, ona ailəmi aparmağa gəldiyimi söylədim.
Rəhim məni yenidən təhqir etdi. Kamalı şəxsi avtomobilimə oturtdum, onunla maşının içərisində danışdım. Ona Güneldən ayrılmaq istəməyimin səbəbini votsap vasitəsi ilə göndərəcəyimi bildirdim.
Kamal maşından endi, videonu votsapla ona göndərdim. Lakin oradan uzaqlaşdıqdan sonra videonu göndərdiyimə səmimi peşman oldum. Silmək istəyəndə gördüm videoya artıq baxılıb. Həmin gün Bakıya geri qayıtdım.
Rəhimin məni təhqir etməsindən əsəbləşərək videonu xalam Gülnara da göndərdim. Ona qızından boşanmağımın səbəbinin həmin video olduğunu, məndən əl çəkməyəcəkləri halda videonu Kamalın qardaşlarına və dayılarıma da atacağımı söylədim.
Lakin videonu Kamalın qardaşlarına, dayılarıma və ya digər hər hansı şəxsə atmadım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, xalası Gülnarın intim videogörüntüsünü yollayarkən onların pornoqrafik xarakterli olduğunu bilməyib: ”Çünki videolara açaraq baxmamışam. Videoları göndərərkən onlarda Gülnarın bir kişi ilə intim görüntülərinin olduğunu bilmişəm. Lakin kişinin kim olduğunu bilməmişəm.
Gülnarın şəxsi həyatının toxunulmazlığı hüququnu pozduğumu boynuma almışam, etdiyim əməllərdən səmimi peşmanam”.
“Xəcalət çəkdiyim üçün videoya tam baxmadım”
Təqsirləndirilən şəxs ifadəsində göstərşb ki, Günelin evə qayıtmayacağı halda anasının intim görüntülərini yayacağını və onları biabır edəcəyini söyləməyib: “Sadəcə boşandığımız zaman uşaqları ondan almaq üçün bu videodan məhkəmədə sübut kimi istifadə edəcəyimi bildirmişəm. Çünki uşaqlarından ayrı qalmaq istəməmişəm.
Videodakı qadın mənim xalam, eyni zamanda qayınanamdır. Xalamın hərəkətlərindən utandığım və xəcalət çəkdiyim üçün videoya tam baxmamışam. Bu səbəbdən digər şəxsin kim olduğunu bilməmişəm.
Gülnarın intim görüntüləri olan videonu təxminən 5 il öncə mənə onun özü ilə şərik işləyən Vasif adlı şəxs göndərmişdi. Vasif videonu göndərəndə Gülnarın əxlaqsız hərəkətlər etdiyini, onu bu yoldan çəkindirməyimi istədiyini dedi. Videonu haradan və kimdən əldə edilməsi barədə heç bir məlumatım yoxdur. Vasif onları mənə votsapda göndərib”.
“Yad insanlar kimi yaşamışıq”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülnarın sözlərinə görə, 20 ildən çoxdur Dağıstan Respublikasının Maxaçqala şəhərində yaşayıb, orada meyvə-tərəvəz ticarəti ilə məşğul olub:
“Təxminən 2017-ci ildə Sahib adlı şəxslə tanış olmuşam, həmin vaxtdan sevgili münasibətlərimiz olub. Onunla qeyri-rəsmi ailə kimi yaşamışam. Mənimlə rəsmi və dini nikah bağlamaq istəsə də, buna razı olmamışam. Çünki 1989-cu ildən rəsmi nikahla Kamalla evliyəm, üç övladımız var.
Kamalla rəsmi nikahlarımız olsa da, ailədaxili münasibətlərimiz əvvəldən soyuq olub. Bir evin içərisində yad insanlar kimi yaşamışıq.
Sahiblə Qaradağ rayonunda Meyvəli bazarında tanış olmuşam. Tanışlıqdan sonra onun üçün Maxaçqala şəhərinə meyvə-tərəvəz göndərmişəm. Biz həm də meyvə-tərəvəz işində şərik işləmişik. Bakı şəhərinə gələndə "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında kirayə götürdüyüm evdə yaşamışıq”.
“Video bir məndə, biri də onda olub”
Gülnarın ifadəsinə görə, təxminən 2018-ci ildə cinsi əlaqə zaman Sahib həmin anı videoya çəkmək istədiyini bildirib: “Mən də buna etiraz etmədim. Videogörüntünü özümüzdə saxlayacaqdıq.
Video yataq otağında çəkildi. Məqsədimiz bir-birimiz üçün darıxdığımız zaman açaraq videoya baxmaq olub. Sahib videonu mənə də göndərdi. Video bir məndə, biri də Sahibdə olub.
Həmin vaxt o, ikinci videonu çəkmək istəyəndə etiraz etdim. Çünki bir videonun kifayət etdiyini düşündüm. Bundan sonra da Sahiblə münasibətlərimiz davam etdi”.
“Şok keçirdi”
Gülnar qeyd edib ki, 2018-ci ildə çəkilən videonu təxminən 6-7 ay sonra kürəkəni Cabir votsapda ona göndərib: “Lakin Cabir mənə bir video göndərdi. O, istintaqa təqdim edilən video ilə eynidir. Cabirdə iki video olduğunu bilməmişəm.
Mən dərhal Sahiblə əlaqə saxladım və kürəkənim Cabirin intim görüntülərimizin olduğu videonu mənə göndərdiyini dedim. Sahib bu barədə heç bir məlumatının olmadığını bildirdi, şok keçirdi. Çünki o da Cabirin həmin videonu haradan əldə etdiyini bilmədi.
Sahiblə Cabir 2017-ci ildə tanış olmuşdular. Sahibi əslində mənim ailə üzvlərimin hamısı tanıyırdı. Lakin onunla münasibətimin olduğunu heç kim bilmirdi.
Cabir həm mənim mərhum bacımın oğlu, eyni zamanda qızım Günelin həyat yoldaşıdır. Qızımla evli olduğu üçün onun üzərinə getməmişəm, videonu haradan əldə etdiyini araşdırmamışam. Söhbəti açmaq, hər şeyi açıb ağartmaq istəməmişəm”.
Gülnarın sözlərinə görə, Maxaçqala şəhərində rəfiqəsi Asiyadan video ilə bağlı kürəkəni Cabirlə danışmasını xahiş edib: “Asiya Cabirə zəng edərək videonun saxta olduğunu, sonradan düzəldildiyini, oradakı qadının mən olmadığımı izah etdi. Mən də Cabirin buna inanaraq videonu sildiyini düşündüm.
Bir müddət kürəkənimlə danışmadım. Sahibin həmin videonu Cabirə və ya digər hər hansı şəxsə göndərdiyinə qəti inanmamışam”.
“Buna razı olmadım”
Gülnar qeyd edib ki, 2023-cü ilə qədər video bir daha üzə çıxmayıb: “Həmin il dekabrın 5-də Cabir Sahiblə 2018-ci ildə çəklən intim görüntülərin olduğu iki videonu mənə göndərcdi. Bundan öncə sentyabrın 21-də qızım Günel mənə video atdı. Videoda Günelin qolunda, baldırında və çənə hissəsində göyərtilər vardı. Qızım Cabirin onunla səbəbsiz yerə mübahisə edərək onu döydüyünü bildirdi.
Sentyabrın 22-də Bakı şəhərinə gəldim, sentyabrın 24-də qızımın evinə getdim. Günelin qayınatası, baldızı və onun əri də evdəydi. Mən məsələni aydınlaşdırmağa çalışdığım zaman mübahisə düşdü. Mübahisə pul üstündə oldu.
Günelin vəziyyətini gördükdə onu və nəvələrimi götürərək Şirvan şəhərinə gətirdim. Qızımı xəstəxanaya apardım. Həkim müayinədən sonra polisə müraciət etməyimizi məsləhət bilsə də, buna razı olmadım. Çünki Cabir mənim doğma bacımın oğludur.
13 gün Şirvan şəhərində qaldıqdan sonra 2023-cü ilin oktyabrın 6-da Dağıstan Respublikasının Maxaçqala şəhərinə qayıtdım”.
“Münasibətim barədə heç bir məlumatı olmayıb”
Gülnar bildirib ki, dekabrın 5-də Cabir ona Sahiblə intim görüntüləri olan iki video göndərib: “Videoları qayınlarıma da göndərəcəyi ilə təhdid etdi.
2018-ci ildə Cabir ilk dəfə həmin videonu göndərdikdən sonra ondan videonu haradan əldə etdiyini soruşanda dedi ki, sənin telefonundan götürmüşəm. Sonra bu mövzular böyüməsin, ailəmizin olanlardan xəbəri olmasın deyə susmaq məcburiyyətində qaldım. Çünki ailəm Sahibi tanısa da, münasibətimizi bilmirdi.
Vasiflə də 4 il bir yerdə işləmişəm. 2017-ci ildə Sahiblə tanış olduqdan sonra onunla işimə son vermişəm. Video 2018-ci ildə çəkildiyi üçün Vasifin onun barəsində məlumatlı olması mümkün deyil. Həmin dövrdə Vasif Sahibi tanımayıb, mənim Sahiblə münasibətimdən xəbəri olmayıb. Cabir həmin videoları mənim telefonumdan götürüb. Bunu özü mənə etiraf edib.
Telefonumda kod olmadığı üçün Cabir rahatlıqla telefonuma girib, videoları götürüb. Çünki Cabirlə Maxaçqala şəhərinə gedib-gələndə başım saatlarla işə qarışıb. Telefonum saatlarla onun yanında avtomobildə qalıb”.
Bu cinayət işinə Şirvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cabir 7 ay müddətə azadlıqdan məhrum edilib.
-
MDB06:16
Rusiya "Santa Klaus"u da vurdu - Müzakirələrə səbəb olan VİDEO
-
Qoroskop02:43
Proqnozu düz çıxan astroloqdan Azərbaycana yeni xəbərdarlıq - Bu tarixdə...
-
Dünya01:55
“Mən sənin xidmətçin deyiləm” - Fitsodan Zelenskiyə sərt cavab
-
Nəqliyyat01:35
Qəzaya uğrayan təyyarənin uçuş zamanı radarda görünməyən trayektoriyası - FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: yeni dostlar tapa bilərsiniz
-
Magazin100:55
Sevgilisindən bir milyona yaxın pul tələb edən tiktokerlə bağlı QƏRAR
-
Dünya00:18
İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?
-
Hadisə27 Dekabr 23:37
Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi - FOTO