Kriminal
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Bakıda özünü Azərbaycan Dövlət Texniki Universitetinin professoru kimi təqdim edərək, vətəndaşın 15 min manatını mənimsəyən 70 yaşlı şəxsə hökm oxunub.
Publika.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1954-cü ildə Kürdəmir şəhərində anadan olmuş Hacıəli Əmirovun (soyad şərti) Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Hacıəli Əmirov 2010-cu ildə də Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilib və hazırda məhkumluğu ödənilməyib.
O, Arifə Hüseynova adlı vətəndaşı aldadaraq, onun yaxınının Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmasında köməklik göstərəcəyini vəd edib. Təqsirləndirilən şəxs buna görə zərərçəkmişin 15 min manatını mənimsəyib.
Zərərçəkmiş təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu, ona verdiyi pulun geri qaytarılmasını tələb etdiyini bildirib.
Məhkəmənin qərarı ilə Hacıəli Əmirov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO






































