Kriminal
Məktəblilərin ölümünə səbəb olan sürücüyə 8 il 6 ay həbs verildi
Zaqatalada sərxoş halda və sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə 3 məktəblini vuran şəxsin məhkəməsi başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1989-cu il təvəllüdlü Emin İbrahimova hökm oxunub.
Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinən şəxsə 8 il 6 ay həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, E.İbrahimov hadisə vaxtı yüngül dərəcəli sərxoşluq halında olub. O, ifadəsində bildirib ki, idarə etdiyi “Mercedes” markalı avtomobildə texniki nasazlıq olub və hadisə bu səbəbdən baş verib.
Qeyd edək ki, hadisə ötən ilin fevralında saat 13:00 radələrində Zaqatala rayonu Göyəm kəndind qeydə alınıb. E.İbrahimov sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə dərsdən çıxıb yol kənarı ilə evə gedən 5-ci sinif şagirdlərini vurub.
Nəticədə, azyaşlılardan 2013-cü il təvəllüdlü Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə ağır xəsarətlər almışdı.


-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
















.png)
.jpg)



















