Kriminal
“Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
“Hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur. Bu adamla aramızda uzun müddət soyuq münasibətlər olub. Onunla aramızda gərginlik noyabrda Yunanıstanda keçirilən Avropa çempionatında olmuşdu. Bakıya qayıtdıqdan sonra həmin ay 2 dəfə Ramal Aslanov öz dəstəsi ilə mənim evimə hücum çəkib”.
Publika.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov deyib.
O, ötən gün Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov adlı idmançılar tərəfindən hücuma məruz qalmasından danışıb, Ramal Aslanovun da həbs edildiyini əlavə edib: “Bundan əvvəl başqa adamlarla birlikdə üzərimizə hücum çəkmişdi.Amma sonra federasiya rəhbərliyi ilə birgə görüşümüzdə razılaşdıq ki, gərginliyi aradan qaldıracağıq. Amma görünür ki, o, sözündə durmadı. Ramal Aslanov hazırda 48 saatlıq həbs edilib”.
F.Zeynalov hadisənin təfərrüatlarını açıqlayıb: “Təxminən saat 01:00 olardı. Xətaidə yerləşən “Yaban” restoranından çıxıb maşınıma gedirdim. Birdən üstümə 4-5 nəfər hücum çəkdi. Özümü müdafiə etməyə çalışdım. Elə sürətli şəkildə oldu ki, hücum edənlərin kimliyini bilmədim. Ancaq hadisə kameraya düşüb. Polis onları müəyyənləşdirib saxlaya bildi. Özüm xəsarət aldım və başıma tikiş qoyuldu. Mənə hücum edən şəxslərdən yalnız Elnur Həmidovu tanıyıram. Qalanların isə tanımıram. Kamerada da görünür ki, o, adını çəkdiyim restoranın qarşısında uzun müddət gözləyib. Daha sonra mən ordan çıxanda üzərimə hücum çəkiblər. İndi onlar polis tərəfindən saxlanılıb və sabah məhkəməyə çıxacaqlar”.
Qeyd edək ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıb.
-
Hadisə02:18Həmin piyadanı vuran şəxs futbolçu imiş - Foto/Video
-
Qoroskop01:40Günün ulduz falı: intuisiya sizi doğru istiqamətə aparacaq
-
ABŞ01:20Trampa sui-qəsd cəhdində ittiham olunan şəxs məhkəmə qarşısında
-
Nəqliyyat27 Aprel 22:32Bu yolda təhlükəli vəziyyət: hər an çökmə ola bilər - Foto
-
ABŞ27 Aprel 22:18ABŞ onu axtarır: Məlumat verən şəxsə 10 milyon dollar ödəniləcək
-
Magazin127 Aprel 20:48Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıdıb? - Video
-
Nəqliyyat27 Aprel 20:12Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
-
Ekopublika.az27 Aprel 18:30Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi...
































.png)



