Kriminal
Salyanda ərini doğrayan qadın tanınmış həkimin qızıdır: "15 ildir ki..." - Şok təfərrüatlar
Salyan rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Publika.az xəbər verir ki, hadisə ilə bağlı Teleqraf.com-a danışan Yenikənd bələdiyyə sədri Məsabə Abasov bildirib ki, Mətanət Hüseynova və Röyal Hüseynov Yenikənd sakinləridir:
"İllər əvvəl onlar bir-birinə qoşulub qaçıblar. Yeniyetmə yaşında 2 oğlan, 1 qız övladları var. Bu ailə uzun illərdir ki, müxtəlif fermalarda çobanlıq edir. Bu səbəbə onlar Yenikənddə xeyli vaxtdır yaşamırdılar.
Bələdiyyə sədrinin sözlərinə görə, R.Hüseynov həyat yoldaşını tez-tez döyüb təhqir edirmiş: "Yazıq gəlin neyləsin? Əri hər gün ona işgəncə verirdi. Yəqin canını qurtarmaq üçün hadisəni törədib".
İddialara görə, Röyal Hüseynov içki və narkotik istifadəçisi olub. Ona görə də ailədə tez-tez münaqişə baş verirmiş. Həyat yoldaşını incidirmiş. 15-20 gün bundan əvvəl kənddə məlumat yayılıb ki, Röyal evdən silah və pul götürüb, quş ovlamağa gedib və geri qayıtmayıb. Bundan sonra axtarışlar başlayıb.
Qətli törədən Mətanət Hüseynova Neftçala rayon xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır".
Neftçala rayon xəstəxanasının cərrahı Fədail Salmanov Teleqraf.com-a bildirib ki, hadisə ilə bağlı heç bir məlumatı yoxdur: "Mən onları 15 ildir ki, görmürəm. Onların harada yaşadıqlarını belə bilmirəm. Qızımın arxasınca getmək fikrim yoxdur. Mənim işim-gücüm var. Qanun var, qayda var. Dövlətin qurumları hər şeyi aydınlaşdıracaq. Kimin nə günahı varsa, qərar verəcək. Mən heç nəvələrimi də görməmişəm. Heç bu gündən sonra da görmək niyyətim yoxdur. Səbəbi barədə heç nə deməyəcəm. Çünki səbəb yoxdur".
Qeyd edək ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.
Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
-
Hadisə13:20
Azərbaycanda qadın baldızının intim görüntülərini yaydı: ərinin müdiri ilə...
-
Dünya12:50
Netanyahuya qalmaqallı tövsiyə: Türkiyə ilə müharibəyə hazırlaş
-
Sosial12:30
Minlərlə evə bildiriş göndərildi - Bu şəxslərin pensiyası ləğv edilə bilər
-
Nida Xəbər 12:12
İrəvan təsdiqlədi: Yaxın günlərdə Azərbaycanla Ermənistan arasında...
-
İqtisadi gündəm11:36
Xəbərdarlıq edildi: İlin sonuna qədər qızıl bahalaşaraq bu qiymətə olacaq
-
Sosial11:06
Onların kredit borcları silindi - VİDEO
-
Dünya10:18
Dünyanın ən dəhşətli tıxacları olan şəhərlər açıqlandı - Bakı var?
-
Qoroskop09:38
Məşhur astroloqdan 4 bürcə müjdə: bu il milyonçu olacaqlar