Kriminal
"Məhkəmə qaydasında davam edir, tərcüməçilər peşəkardır" - Zərərçəkmişlər danışır
"Mən Cəbrayıl rayonunda polis işləmişəm. 1991-ci ilin 21 avqustunda tank əleyhinə minaya düşmüşəm. Hadisə nəticəsində bizim olduğumuz avtomobildə 2 nəfər şəhid olub, 5 nəfər isə xəsarət alıb. Məhkəmənin nəticəsi hakimin verdiyi qiymətdən asılıdır".
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsində zərərçəkmiş qismində tanınan Cəbrayıl rayon sakini Rza İbrahimov bildirib.
Cəbrayıl rayonundan olan digər zərərçəkmiş Nail Həsənov məhkəmə ilə bağlı belə deyib: "Cəbrayıl rayonunun Mehdili kənd sakiniyəm. Hələ ki ilkin dindirilmə prosesi gedir. Məhkəmə bu gün başlayıb. Çox güman ki, növbəti mərhələdə mən də, digər zərərçəkənlər də dindiriləcək. Məhkəmə yüksək səviyyədə təşkil olunub. Hələ anket məlumatları soruşuldu. Tərcüməçilər peşəkar işləyir. Heç bir narazılıq yaranmadı. Təqsirləndirilən şəxslər vəkil və tərcüməçi ilə təmin olunublar".

Xocalıdan olan zərərçəkmiş Nazim Hüseynov Birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu deyib: "Qətliamda həlak olan şəxslərin meyitlərinin geri alınmasında da iştirak etmişəm. Vəhşilikləri görmüşəm, insanların dərisinin soyulmasının, başlarının kəsilməsinin şahidi olmuşam. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədilib. Martın 2-də şəhidlərin nəşini ərazidən götürəndə onların qolları arxadan bağlanmışdı, yandırılmışdılar. O anları xatırlamaq istəmirəm, çox ağırdır".

Zərərçəkən Əliyeva Mübarizə məhkəmədən ədalətli hökm gözləyir: "Nə qədər övladımız şəhid edildi, onların nə günahı var idi?!"

-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region4 Oktyabr 21:12İranın neft naziri istefa verdi
-
Qoroskop4 Oktyabr 20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz4 Oktyabr 20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO



































.jpg)