Kriminal
“Toplum TV” işi: Fərid İsmayılov həbs olundu
"Toplum TV" işi ilə bağlı təqsirləndirilən və barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Fərid İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə qətimkan tədbiri seçilib.
***
Toplum TV işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib.
Publika.az xəbər verir ki, kanalın təsisçisi Ələsgər Məmmədli də daxil olmaqla yeddi təqsirləndirilən şəxsə yekun ittiham elan edilib.
Onlar Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1 (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələri ilə ittiham edilir.
Qeyd edək ki, bundan əvvəl onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılmışdı.
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO








































