Kriminal
Vardanyana 10 gün vaxt verildi
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın da məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Publika.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında eyni hakimlərdən ibarət tərkibdə açıq keçirilən ilkin iclasda Ruben Vardanyanın anket məlumatları dəqiqləşdirilib.
Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.
Məhkəməyə sədrlik edən hakim Zeynal Ağayev Ruben Vardanyana qanunvericiliyin tələblərini, o cümlədən təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini, habelə etiraz hüququnu izah etdikdən sonra Vardanyandan vəsatətinin olub-olmamasını soruşub.
R.Vardanyan və müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçisi iki vəsatət verib.
Onlardan biri R.Vardanyan barəsində cinayət işinin Azərbaycan xalqına qarşı ağır cinayətlərin törədilməsində ittiham olunan erməniəsilli 15 şəxsin barəsində işə birləşdirilərək bir icraatda baxılması, digər vəsatət isə cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxtın verilməsi barədə olub.
Dövlət ittihamını müdafiə edən prokuror cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə vəsatətə etirazını bildirərək məhkəmədən təmin olunmamasını, cinayət işi ilə tanış olmaq üçün əlavə vaxt verilməsinə dair vəsatətin isə təmin olunmasını məhkəmədən xahiş edib.
Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinə əsasən, məhkəmə icraatı zamanı cinayət işlərinin eyni icraatda birləşdirilməsi nəzərdə tutulmadığından məhkəmə tərəfindən bu vəsatət təmin olunmayıb.
İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.
Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.
Məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video



















.jpg)

















.jpg)
.jpg)

