Kriminal
Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
.jpg?v1739588813)
11 il əvvəl Qaraçuxurda Cümə məscidini yandırdığı üçün terrorçuluqda təqsirli bilinən, Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğlu Namiq Nəsibovun cinayət işinə xitam verilib.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “PKK” terror təşkilatını dəstəkləmiş N.Nəsibov bir neçə ay əvvəl ürək çatışmazlığından vəfat edib.
Bu günlərdə məhkəməyə daxil olan sənəddə göstərilib ki, onun ölümü ilə bağlı rəyi Abşeron rayonunun Masazır Həkim Məntəqəsi verib. Görünən odur ki, psixi xəstəliyi sübut olunduğu üçün Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəyə cəlb edilən Namiq sonradan oradan çıxa bilib.
Şəxsin ölümünə görə ötən gün məhkəmə son qərar qəbul edib. N.Nəsibovun barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Qeyd edək ki, N.Nəsibov cinayəti Elnur Ələkbərovla birgə törətmişdi və həmin şəxsə 15 il azadlıqdan məhrumetmə cəzası verilmişdi.
Xatırladaq ki, cinayət hadisəsi baş verən vaxt Namiq Nəsibov barəsində mediada çoxsaylı məlumatlar yayılmışdı. Bildirilirdi ki, o, tibb təhsilli olub. Əvvəl Bakıda, sonradan Suriyada könüllü şəkildə həkim işləyib. İstintaq materiallarında yazılırdı ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. O, həmin ölkənin Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə “PKK” terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradaraq ətraflarına tərəfdarlar toplamağa başlayıb. Namiq və Elnur sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib. Namiqin daha əvvəl PKK terror təşkilatının lideri Abdullah Öcalanın şəkli olan köynəyi geyinib paylaşımlar etməsi cəmiyyətdə qınaqla qarşılanmışdı.
Məlumat üçün bildirək ki, Namiq Nəsibovun atası Kamil Nəsibova Sadınlar, Malıbəyli, Xanallar, Surası kəndlərinin müdafiəsində göstərdiyi xidmətlərə görə ölümündən sonra - 1993-cü ildə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.


-
Magazin206:46
Alişan "Sevgililər günü"nü həyat yoldaşı ilə Məkkədə qeyd etdi - Foto
-
ABŞ03:35
Trampdan Çinə 600 milyard dollarlıq zərbə
-
Sosial03:18
Əsgər yaxınlarının nəzərinə!
-
Sosial02:00
Bakı bulvarının ərazisi genişləndirilir - Hansı dəyişikliklər olacaq?
-
Hadisə01:20
Mingəçevirdə qatar avtomobillə toqquşdu: yaralılar var
-
ABŞ01:00
Bu jurnalistlərin Ağ Evə girişi məhdudlaşdırıldı - SƏBƏB
-
Nida Xəbər 14 Fevral 23:15
Bu məntəqələrin nəticələri ləğv olundu - SİYAHI
-
Magazin114 Fevral 22:10
Leyla Mustafayevanın evinə düşən daşın meteorit olduğu təsdiqləndi - Foto