Kriminal
İcra hakimiyyətinin işdən çıxarılan əməkdaşı həbs edildi
Sumqayıt şəhər İcra Hakimiyyətində Gənclər üzrə İş şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışmış 1990-cı il təvəllüdlü Məmməd Həsənov həbs edilib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bir müddət əvvəl icra hakimiyyətindəki vəzifəsindən uzaqlaşdırılan M.Həsənov Suraxanı rayon Məhkəməsinin hökmü ilə həbs edilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalındaca qandallanıb.
Araşdırmalarla müəyyən edilib ki, M. Həsənob icra hakimiyyətindəki vəzifəsindən kənarlaşdırıldıqdan sonra ayrı-ayrı şirkətlərdə çalışıb. O, daha sonra Habil İsmayılov adlı şəxsi aldadaraq həmin şəxsə sosial mənzil almasını təşkil edəcəyi vədi ilə 8600 manat pula alıb. O pulları internet oyunlarında xərcləyərək sərf edib.
H.İsmayılovun şikayətindən sonra M.Həsənova cinayət işi açılıb.
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ




































