Kriminal
General Nizami Məmmədovun və digər zabitlərin apellyasiya məhkəməsi başladı
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən Cəlal Kazımov anket məlumatlarında yanlışlıqlar olduğunu qeyd edib.
O bildirib ki, anket məlumatlarında ailəli göstərilsə də, hazırda subaydır. Məlum olub ki, Cəlal Kazımovun keçmiş həyat yoldaşı və övladları maraqlı şəxs kimi məhkəməyə müraciət ediblər. Maraqlı şəxslər üzərinə həbs qoyulan əmlakların onlara qaytarılmasını istəyirlər. Birinci instansiya məhkəməsində Cəlal Kazımovu müdafiə edən vəkil onun keçmiş həyat yoldaşı və övladlarını təmsil edib. Araşdırma zamanı məlum olub ki, Vüsal Əlizadə və Cəlal Kazımovun vəkilləri prosesdə iştirak etmir.
Vüsal Əlizadə bildirib ki, o müqavilə əsasında olan vəkilindən imtina edib. O, dövlət hesabına ona vəkilinin təyin olunmasının istəyib. Cəlal Kazımovun da vəkili ilə müqavilə bağlamadığı məlum olub. O bildirib ki, ümumiyyətlə vəkildən imtina edir və müdafiə olunmaq üçün vəkil istəmir. Prosesə sədrlik edən hakim bildirib ki, xüsusi ilə ağır cinayətlər törədən şəxslərin hüquqlarını müdafiə etmək üçün vəkilin təyin olunması məcburidir. Hər iki təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan ilkin baxış iclasının keçirilməsinə etiraz etməyiblər. Digər təqsirləndirilən şəxslər və onların da vəkilləri prosesin davam etdirilməsini istəyiblər. Yerində müşavirə keçirən hakimlər heyəti belə qərara gəliblər ki, iki təqsirləndirilən şəxslərdən Cəlal Kazımov və Vüsal Əlizadənin vəkili iclasda iştirak etmədiyi üçün ilkin baxış iclası başqa vaxta təxirə salınır.
Hakim bildirib ki, hər iki təqsirləndirilən şəxs vəkillə təmin olunacaq.
Proses fevralın 17-də davam edəcək.
Qeyd edək ki, general Nizami Məmmədovun vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Vəkillər onun cəzasının yüngülləşdirilməsini istəyiblər. Vəkillər Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarıdan çoxunun ödənilməsinin nəzərə alınmasını qeyd ediblər. Bundan başqa, digər təqsirləndirilən şəxslərin də vəkilləri apellyasiya şikayəti veriblər. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı




































.jpg)
.jpg)

.jpg)