Kriminal
“Qazaxlı Alik”in oğlunun məhkəməsi təxirə salındı
"Qazaxlı Alik"in oğlu kimi tanınan "Milli Fədailər Hərəkatı"nın sədri Fuad Muradov, onunla birlikdə mühakimə olunan Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesi təxminən 10 dəqiqə çəkib.
Məhkəmənin təxirə salınmasında səbəb kimi təqsirləndirilən şəxslərdən Ramil Paşşanovun səhhətinin pisləşməsi və 2 saylı İstintaq Təcridxanasının müalicə məntəqəsinə yerləşdirilməsi göstərilib. Hakim növbəti prosesdə R.Paşşanovun məhkəməyə gətirilməsini istəyib.
Növbəti məhkəmə prosesi fevral ayının 12-ə təyin edilib.
Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə), 128.2.2 (təkrar törədildikdə), 182.2.4 (xeyli əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bu işdə 7 nəfər zərərçəkmiş qismində tanınıb.
-
Magazin121:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ

































.jpg)