Kriminal
Milyonlarla pulu Çinə göndərən Orxan Babazadə azadlıqdan məhrum edildi
Vətəndaşlara qarşı külli miqdarda dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ona hökm oxunub.
Hökmə əsasən, Orxan Babazadə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Fariz Rzayev məhkəməyə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, cinayət işi üzrə 53 nəfər zərərçəkmiş şəxs var və onlara dəymiş ziyan 256 min manatdan artıqdır. İttihama görə, zərərçəkmiş şəxslərin adından 4 milyon manat pul dövr edildiyi bildirilib. Həmin vəsait Çində olan şirkətin hesabına köçürülüb və leqallaşdırılıb.
Orxan Babazadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
(Trend)
-
Magazin121:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region21:12İranın neft naziri istefa verdi
-
Qoroskop20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ

































.jpg)