Kriminal
Məşhur klinikanın sahibinin qətli kim tərəfindən sifariş edilib? - TƏFƏRRÜAT
Rusiyanın Moskva şəhərində əslən Azərbaycandan olan qohumlar arasında münaqişə hüquq-mühafizə orqanları çərçivəsində həll ediləcək.
Publika.az "Unikal"a istinadən xəbər verir ki, Moskvada yerləşən "Çestnaya stomatologiya" klinikasının həkimi Əliyev Kabil Qalib oğlu yaxın qohumu Sabit Əliyevi öldürmək üçün əslən azərbaycanlı olan, Hacıqabul rayon sakini Pənahov Elsevər Pənah oğluna sifariş verib və bunun qarşılığında hətta ona külli miqdarda pul da vəd verib. Ancaq təsadüf nəticəsində sifarişi verilən Sabit Əliyevə bu il yanvarın 3-də məlum olub ki, onu öldürmək istəyirlər.
Belə ki, tanımadığı bir azərbaycanlı yol gedən zaman Sabit Əliyevə yaxınlaşaraq onun qətlinin yaxın qohumu tərəfindən sifariş verildiyini bildirib. Bununla bağlı "Estet" Stomotoloji Klinikalarının baş həkimi olan Sabit Əliyev müəyyən araşdırmalar apardıqdan sonra Preobrazhenski Rayonlararası İstintaq İdarəsinə rəsmi qayda da həyatının təhlükədə olması barədə ərizə verib. Araşdırmalarımız zamanı məlum oldu ki, Kabil Əliyev Sabit Əliyevin klinikalarının daha nüfuzlu olmasına, ora gələn pasiyentlərin çoxluğunu qəbul etmədiyindən ondan qisas almaq niyyətinə düşüb. Hətta bundan öncə də bir neçə dəfə müxtəlif formalarda Sabit Əliyevin nüfuzunu aşağı salmaq üçün müəyyən addımlar atıb, onun klinikasına sifarişlə xəstələr göndərib və sonra həmin müalicə həkimlərindən müəyyən hüquq-mühafizə orqanlarına qondarma şikayətlər yazdırıb.

Kabil Əliyev isə qohumunun onun ölümünü sifariş verməyindən məlumatı olduqdan sonra adıçəkilən rayonda "Parus" restoranın sahibi olan Elsevər Pənahovu yanına çağıraraq vəd verdiyi 30 min dollar pulu ona verib və onun sifarişçi olması barədə hər hansı hüquq-mühafizə orqanına məlumat verməməsini tapşırıb.

Hazırda Sabit Əliyevin ərizəsi əsasında Preobrazhenski İstintaq İdarəsində araşdırmalara başlanılıb.
-
ABŞ00:45ABŞ-dan İrana növbəti hücum dalğası
-
İdman20 İyul 22:32Bu yaranın sağalması üçün vaxt lazım olacaq - Messidən kədərli paylaşım
-
Cənubi Qafqaz20 İyul 22:18Ermənistanda fermerlər magistral yolu bağladı - Video
-
Hadisə20 İyul 21:39Qazaxda göldə boğularaq ölən ata və qızın fotosu
-
Elm və təhsil20 İyul 20:48DİM sədrindən ixtisaslaşma seçimi ilə bağlı xəbərdarlıq - Bunu etmək olmaz
-
Avropa20 İyul 19:50Yeni Baş nazir işə başlayan kimi Trampa zəng etdi
-
Sosial20 İyul 18:30Özəlləşdirmə çeklərinə görə kompensasiya ödənilməsinə başlanılıb? - Rəsmi açıqlama
-
Magazin220 İyul 15:29Məşhur aparıcıdan Azərbaycanla bağlı paylaşım - VİDEO













.jpg)













.jpg)









