Kriminal
Universitetə hücum edən qatil bunun üçün xüsusi gün seçib
2021-ci ildə Perm Dövlət Universitetində odlu silahla atəş açan Timur Bekmansurov hücum tarixini xüsusi olaraq seçib.
Publika.az xəbər verir ki, "RİA Novosti" bu barədə iş materiallarına istinadən məlumat yayıb.
Hüquq fakültəsinin tələbəsi planlaşdırdığı qırğın üçün təhsil ocağının ən işlək olacağı, daha çox tələbənin dərsə gələcəyi günü seçib. Eyni zamanda o, bir qrup tələbəyə də qəsdən atəş açıb ki, qurbanlar daha çox olsun.
Sənədlərə görə, Bekmansurov əvvəllər atıcılıq kursunu bitirib və o, öldürmə gücünü, zərbə effektini artırmaq məqsədi ilə iri heyvanlar üçün nəzərdə tutulan uzunmənzilli ov tüfəngi alıb.
İş materiallarında qeyd olunur ki, Timur insanlara nifrət etdiyi üçün çoxdan kütləvi qətl törətməyi planlaşdırıb. O, həmçinin kütləvi qətllər törədən digər cinayətkarların səhvlərini ətraflı öyrənib.
Bekmansurov məhkəmədə bildirib ki, o, atış üzrə təlimatçılar tərəfindən öyrədildiyi üçün qurbanlarını başından vurub.
Adəm
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
















.png)




















