Kriminal
Azərbaycana 20 milyard manatdan artıq maddi ziyan vurublar - Məhkəmədən FOTOLAR
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Vardanyan və digərlərinin əməlləri nəticəsində Azərbaycana 20 milyard manatdan artıq maddi ziyan vurulub.
Publika.az xəbər verir ki, bu barədə Dövlət ittihamçısı Vüsal Abdullayev Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın məhkəməsində deyib.
Qeyd edib ki, işğal nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal edilərək uzun illər ərzində işğal altında saxlanılıb. Bununla da xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37 min 168 əmlak üzrə 19 milyard manatdan artıq, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr, muzeylər, tarixi binalar və qalalar üzrə 906 milyon manatdan artıq olmaqla, ümumilikdə 20 milyard manatdan artıq maddi ziyan vurulub.
Ermənistan dövlətinin, onun silahlı qüvvələrinın və qanunsuz silahlı birləşmələrin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycan Respublikasının Xankəndi şəhəri, Kəlbəcər, Şuşa, Laçın, Xocalı, Xocavənd, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının tam, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun 7 kəndi - Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara kəndləri, Ağdam, Füzuli rayonlarının rayon mərkəzləri və bir sıra kəndləri, Tərtər rayonunun bir sıra kəndləri yandırılmaqla, artilleriya qurğularından atəşlər açıb partladılmaqla, müxtəlif fiziki üsullarla qismən və tamamilə dağıdılmaqla, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməklə, talan edilməklə və digər üsullarla işğal edilib.



















-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
















.png)




















