Kriminal
Vardanyanın məhkəməsi: 20 milyardın hesabatı aparılır - VİDEO
Azərbaycan və azərbaycanlılara qarşı işgəncə, muzdluluq, müharibə qanunlarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Məhkəmə Kompleksinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev rəhbərlik etdiyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə keçirilən bugünkü iclasda dövlət ittihamçıları ittiham aktını elan edir.
Artıq ikinci iclasdır ki, məhkəmə istintaqına başlanılıb və dövlət ittihamçıları ittihamın nəticəvi hissəsini açıqlayırlar.
İttiham aktında qeyd olunur ki, Ermənistan dövləti və onun silahlı birləşmələrinin birbaşa iştirakı ilə Azərbaycana qarşı hərbi təcavüz, eyni zamanda hərbi müharibə həyata keçirmək məqsədilə cinayətkar dəstə yaradılıb. Həmin cinayətkar dəstənin üzvləri Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki və digərlərindən ibarət olub.
Cinayətkar dəstənin Azərbaycan ərazilərini işğal etmək niyyəti ilə hərbi təcavüzkar müharibə nəticəsində Azərbaycana külli miqdarda maddi ziyan, eyni zamanda ölçüyəgəlməz dərəcədə mənəvi ziyan dəyib.
Bakı Məhkəmə Kompelksinin inzibati binasında açıq keçirilən iclasda Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və başa düşdüyü dili bilən tərcüməçilərlə təmin olunub.
Hazırda proses davam edir.
Videonu təqdim edirik:
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan



































.jpg)