Kriminal
Uşaq evinin müəlliməsinin cinayəti ifşa olundu - Görün mənimsədiyi pullarla nələr etdi
Rusiyanın Tomsk vilayətində körpələr evində dövlətin uşaqlar üçün ayırdığı pullarının oğurlanması ilə bağlı cinayət işi üzrə hökm oxunub.
Publika.az xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.
İstintaqın məlumatına görə, bir il ərzində uşaq evinin müəlliməsi və qızı himayəyə götürdükləri üç yetim uşağı aldadıblar. Təqsirləndirilən şəxslər müxtəlif bəhanələrlə onların bank hesablarına 5,7 milyon rubl məbləğində vəsait köçürməyə məcbur ediblər. Belə ki, onlar əlil gəncə əmlak alıb onu ora köçürəcəklərini, ikinci zərərçəkən onların məzuniyyətə gedəcəyinə inanaraq pulu verib. Ana və qızı üçüncü tələbənin pulunu faizlə banka qoyacaqlarını vəd ediblər.
Cinayətkarlar oğurladıqları pulları dedikləri kimi də xərcləyiblər: mənzil alıblar, məzuniyyətə çıxıblar və borclarını ödəyiblər.
Qeyd edək ki, yetimlərin pulunun yoxa çıxdığı məlum olanda qadınlara qarşı cinayət işi açılıb. Məhkəmə 57 yaşlı təqsirləndirilən şəxsə 7 il, onun qızına isə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Adəm
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı














.png)





















