Kriminal
Sabiq deputata hökm oxundu
Sabiq deputat Hüseyin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 3 il müddətə müəyyən vəzifə tutmuq hüququndan məhrum edilməklə, 9 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı sabiq deputatın 10 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham irəli sürülüb.
Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.
İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
-
İdman18:10Azərbaycan Litvaya qarşı: ikinci hissə başladı - CANLI/YENİLƏNİR
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar





































.jpg)