Kriminal
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən ana HƏBS EDİLDİ
Bakının Suraxanı rayonunda azyaşlı övladına amansız işgəncə verməkdə ittiham olunan Fatimə Ramazanovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və Fatimə Ramazanovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü Fatimə Ramazanovanın 2021-ci il təvəllüdlü qızı Mələyə mütəmadi işgəncə verdiyi məlum olub.
Hadisədən xəbər tutan polis əməkdaşları qadını saxlayıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb.
Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, onun bədənində salamat yer qalmadığını etiraf edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasının yaydığı məlumatda isə bildirilib ki, anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı

































