Kriminal
Mütəşəkkil cinayətkar qrupun liderini öldürən qatillər saxlanıldı: 16 ildən sonra
Hüquq-mühafizə orqanlarının əməkdaşları 2000-ci illərdə "Daşkənd" mütəşəkkil cinayətkar qrupun lideri Sergey Nesterukla əlbir olmuş üç qatili saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, "Daşkənd" ləqəbli Nesteruk 2009-cu ilin aprelində pusquya düşüb. O, "Slava Piterski" kimi tanınan, "Velikolukskaya" mütəşəkkil cinayət qrupunun üzvü Vyaçeslav Sturainisin dəfnindən sonra Latviyadan Moskvaya gedirmiş. Tver vilayətinin Baltiya şossesində onun “Mercedes” markalı avtomobilinə "AK-47" və "AKS-74U" avtomatlarından atəş açılıb.
Bildirilir ki, qatillər cinayətdən 16 il sonra saxlanılıb. Onlardan biri Sankt-Peterburqda, daha ikisi isə Pskovda tapılıb. Və hazırda ömürlük həbs cəzası gözləyirlər.
Məlum olub ki, hadisəni törədənlər Sankt-Peterburqun “Velikolukskaya” mütəşəkkil cinayətkar qrupunun üzvləridir. Versiyalardan birinə görə, bu qrupların liderləri təsir dairələrini böləşə bilməyiblər.
Adəm
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı

































