Kriminal
Arvadını sevgililəri ilə birgə əxlaqsız partilərə məcbur edirmiş - "Ailə TV"-nin rəhbəri tutuldu
“Ailə TV”, “Caspian Telecom” MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyevə hökm oxunub.
Publika.az “Qafqazinfo"ya istinadla xəbər verir ki, məşhur iş adamı Cinayət Məcəlləsinin 133 və 151-ci (Əzab vermə və seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri üzrə ittiham edilərək ötən ilin aprelində həbs olunub.
Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, iş üzrə zərərçəkmiş şəxs F. Allahverdiyevin keçmiş həyat yoldaşı G. Allahverdiyevadır. Əvvəllər “Azərreyl” voleybol klubunun üzvü olmuş G. Allahverdiyeva bildirib ki, 2022-ci ilədək evli olduğu Fuad ona qarşı mütəmadi fiziki zorakılıq edib, müxtəlif qadınlarla birgə seksual xarakterli hərəkətlər etməyə vadar edib. O iddia edib ki, keçmiş əri yaşadıqları Şüvəlan qəsəbəsindəki villada çoxsaylı məclislər təşkil edib, həmin məclislərə rəqqasələr və sevgi münasibətində olduğu qadınları da dəvət edib.
F. Allahverdiyev isə G. Allahverdiyevanın əxlaqsız həyat tərzi sürdüyünü, ona böhtan atdığını deyib. Daha sonra keçmiş arvadının ondan 400 min manat oğurladığını iddia edib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevə 133-cü (əzab vermə) maddəsi üzrə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi üzrə bəraət verib. İş adamının həbsdə saxlanıldığı 10 ay 18 gün müddət cəzadan çıxılıb və onun üzərində qəti olaraq 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Üzərinə elektron qolbaq taxılan məşhur biznesmen məhkəmə zalından sərbəst buraxılıb.
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO



















.webp)















.jpg)
.jpg)
.jpg)