Kriminal
Onun barəsində məlumat verən 1 milyon dollar alacaq: Çox təhlükəlidir - FOTO
Latın Amerikasının ən təhlükəli narkotik kartellərindən birinin liderini tapmağa kömək edəcək məlumat üçün bir milyon dollar mükafat elan edilib.
Publika.az xəbər verir ki, bu haqda məlumatı "The Mirror" yayıb.
El Fito ləqəbli Adolfo Masias Villamar ötən ilin yanvarında həbsdən qaçan məşhur cinayətkar qruplaşması "Los Çoneros"un lideridir.
O, ölkəni bürüyən zorakılıq dalğası zamanı qaçıb. El Fitonun Kolumbiya və Meksika da daxil olmaqla digər ölkələrdəki kartellərlə sıx əlaqələri olduğu bilinir. "Los Çoneros" 1990-cı illərdə Ekvadorda Manabi əyalətində şöhrət qazanıb və o vaxtdan bəri Kolumbiyadan Latın Amerikası və ABŞ-ın digər bölgələrinə mühüm kokain tədarük edir.
Ekvador Daxili İşlər Nazirliyi onun harada olduğu barədə məlumat verən hər kəsə 1 milyon dollar mükafat təklif etdiyini bildirib.
El Fitonun axtarışları son aylarda beynəlxalq təşkilatların, o cümlədən İnterpolun 196 ölkədə onun tutulması ilə bağlı yaydığı qırmızı bildiriş sayəsində intensivləşib.
Adəm
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər


































