Kriminal
Bəxtiyar 25 yaşlı xanımını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Sabunçuda 25 yaşlı Xumar Həsənlini qətlə yetirməkdə ittiham edilən əri Bəxtiyar Vəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hadisənin baş vermə səbəbi ər-arvad arasındakı qısqanclıq olub.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, Bəxtiyar Vəliyev yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə marketdən aldığı meyvə bıçağı ilə 11 zərbə vurub.
Xumar həm də Bəxtiyarın əmisi qızı olub. Onların evlilikdən iki azyaşlı övladı var imiş.
Qətlə yetirilən Xumar bir müddət imiş gözəllik salonunda çalışırmış. Ər-arvad arasındakı münasibətlər əvvəl normal olub. Bəxtiyar hadisədən 10 gün əvvəl arvadının başqa şəxslə münasibətinin olmasından şübhələnib.
"Mən ona telefon işlətməyə icazə vermirdim. Bir gün uşaq mənə dedi ki, anamın telefonu var. Mən də bundan şübhələndim. Başqa şəxslə danışdığını bildim. Hadisə günü uşaqlarla birlikdə Xumarı salondan götürüb evə gəldim. Uşaqlar maşından düşüb evə getdilər. Xumardan telefonu alıb danışdığı şəxsin kim olduğunu soruşdum. Şəklini ona göstərdim. Həmin vaxt telefonda oğlanla əylənən yerdə çəkilən videosu da var idi. Xumar həyəcanlanıb heç nə deyə bilmədi. Maşından düşüb qaçanda arxasınca gedib çatdım. Neçə bıçaq vurduğumu xatırlamıram", - deyə Bəxtiyar ifadəsində göstərib.
Onun sözlərinə görə, Xumarı vuranda uşaqlar yanında olmayıb.
Bəxtiyar əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham edilən Bəxtiyar Vəliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ




















.jpg)












.jpg)

