Kriminal
Lənkəranskinin düşməninə HÖKM OXUNDU - FOTO
Rusiyanın Stavropol vilayət məhkəməsi "qanuni oğru" Vladimir Jurakovski barəsində hökm çıxarıb.
Publika.az lent.az-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında ən yüksək mövqe tutma) və 159-cu (dələduzluq) maddələrilə təqsirli bilinib.
Məhkəmə müəyyən edib ki, 2001-ci ildə cinayət ənənələrinə əsaslanan prosedurdan sonra müttəhimə "qanuni oğru" statusu verilib.
O, 20 ildən artıq müddətdə rayonda fəaliyyət göstərən kriminal elementləri idarə edib, vəsaitlərin yığılmasını təşkil edib. Kriminal subkulturaya dəstək verən insanlar arasında mübahisəli situasiyaları həll edib, əldə olunan gəlirləri kriminal aləmin ehtiyaclarına köçürüb.
Bundan əlavə, 2014-cü ildə müttəhim arvadını müalicə etmək bəhanəsi ilə dostunu ona ümumi məbləğdə 200 min rubl borc verməyə inandırıb və sonradan öz mülahizəsinə uyğun olaraq sərəncam verib.
Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, cinayətkarı 1 milyon rubl cərimə və bir il müddətinə azadlığın məhdudlaşdırılması ilə 10 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, criminal aləmdə "Vova Puxlıy" kimi tanınan Vladimir Jurakovski mərhum azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin düşmənlərindən biri olub.
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı






.png)



















.jpg)









