Kriminal
II Nikolayın "kötücəsi" saxlanıldı: Görün nə tələb edirmiş
Moskvada özünü II Nikolayın kötücəsi adlandıran qadın yəhudilərə qarşı nifrət və düşmənçilik yaratmaqda şübhəli bilinərək saxlanılıb. 52 yaşlı Svetlana Vislobokova özünü tarixçi, professor və hətta qlobal siyasət üçün rus ziyalı lideri kimi təqdim edir.
Publika.az "Baza" Telegram kanalına istinadən xəbər verir ki, o, bir çox titul və rütbələrə sahib olduğunu, həmçinin psixi sağlamlıq və narkotik asılılığının olmaması haqqında sertifikata sahib olduğunu iddia edir.
Vislobokova Rusiya hakimiyyəti, yəhudilər və qlobal geosiyasət haqqında fəal şəkildə danışdığı "Telegram" kanalını idarə edir. Məlumata görə, onun həbsinə səbəb bu kanaldakı materiallar olub. Müstəntiqlər hesab edirlər ki, o, 2023-cü ilin avqustundan bəri ən azı səkkiz dəfə yəhudilərə və onların tərəfdarlarına qarşı zorakılığa çağırış edib. O, paylaşımlarında Rusiyanın tanınmış siyasətçiləri, idmançıları və mədəniyyət xadimlərinin ünvanına təhqiramiz ifadələr işlədib, onları “İsrail siçovulları” adlandırıb, əmlaklarından və mükafatlarından məhrum edilməsini tələb edib.
Qeyd edək ki, 2025-ci il martın 31-də Vislobokovaya qarşı nifrətin qızışdırılması və insan ləyaqətinin alçaldılması, habelə ekstremist fəaliyyətə ictimai çağırışlar üzrə cinayət işi açılıb. Məhkəmə həbs-qətimkan tədbirini yaxın vaxtlarda müəyyən edəcək.
Adəm Abbaslı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
























.jpg)









