Kriminal
70 kq qızılla saxlanılan polkovniklə bağlı YENİ QƏRAR
İstanbul Hava Limanından çıxıb hotelə gedərkən 70 kiloqram çəkidə qızıl külçələrlə saxlanılan polkovnik-leytenant Qəhraman Məmmədovun cinayət işi üzrə aparılan 4 aylıq ilkin istintaq müddəti işin həcminə görə kifayət etməyib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsində əlavə istintaq tədbirlərinin aparılması üçün məhbusun həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
Məhkəmə qarşılıqlı hüquqi yardım çərçivəsində Türkiyə hüquq-mühafizə orqanları ilə birgə geniş prosessual hərəkətlərin aparıldığını, iş üzrə zəruri halların araşdırılmasının vacibliyini nəzərə alaraq müraciəti təmin edib.
Qərara əsasən, Q.Məmmədovun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, Qəhraman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanından çıxıb hotelə gedərkən çantasından ümumilikdə 10 milyon 220 min 900 manat dəyərində 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub.
Bu səbəbdən DTX-də başlanan cinayət işi çərçivəsində Məmmədov həbs edilib. O, ölkə hüdudlarından kənarda qaçaqmalçılıq və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirləndirilir.
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ







.png)


_(1).png)

























