Kriminal
"Oleq Bakinski"nin məhkəməsi: 3 vəsatət təmin edildi
Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet, "Oleq Bakinski" ləqəbi ilə tanınan Krapivin Oleq Andreyeviç və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə Kuçer Konstantinin vəkili vəsatətlə müraciət edib.
Vəkil vəsatətlərdən birini əsaslandırarkən bildirib ki, ibtidai istintaq zamanı 12 vəsatət təqdim ediblər. Lakin bu vəsatətlərin təmin olunub-olunmaması barədə onlara heç bir məlumat verilməyib.
Müdafiəçi bu məsələnin aydınlaşdırılması üçün istintaq orqanına sorğu göndərilməsini xahiş edib.
Vəkil qeyd edib ki, mövcud sənədlərə əsasən, “Aviazapçast” ASC-də 7 milyon 800 min avro məbləğində əməliyyat həyata keçirilib. Onun sözlərinə görə, bu vəsait Kuçer Konstantinin şirkətə ödədiyi məbləğə uyğundur. Müdafiəçi maliyyə sənədlərinin əldə olunması üçün sənədlərin tədqiqi mərhələsinin təxirə salınmasını istəyib.
Proses zamanı hər iki təqsirləndirilən şəxsin vəkili Babək Plazada baş verən hadisənin görüntülərinin əldə olunması, eləcə də zərərçəkmiş şəxsə Yeni Klinikada aparılan rentgen müayinələri ilə bağlı sənədlərin təqdim olunması üçün birgə vəsatət veriblər.
Məhkəmə olunan məsələlər üzrə 3 vəsatət təmin edib.
Sonra təqsirləndirilən şəxslərin vəkilləri müvvəkilinin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün yenidən vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti məhkəmə prosesi aprelin 18-nə təyin edilib.
İttihama görə, zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Valeriiy Zaxarenko vəsaitini götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb.
O.Bakinski, K.Kuçer və V.Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər.
Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. O.Bakinski şüşə butulka ilə V.Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar.
Cinayət işi üzrə V.Zaxarenko zərərçəkmiş kimi tanınıb.
Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
O.Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.
O, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır. Cinayət Məcəlləsinin az ağır xəsarət yetirmə, xuliqanlıq, K.Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.
Sonuncu eyni zamanda məcəllənin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə günahlandırılır.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir



































