Kriminal
Bakıda dəhşət: ər boşanmaq istəyən arvadının qulağını kəsdi
Bakının Sabunçu rayonunda ər arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə aprelin 4-də Bilgəh qəsəbəsində baş verib.
1995-ci il təvəllüdlü Bayramova Zəhra Ramiz qızı yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının boşanmaq istəyi olub. Bundan hiddətlənən onun əri Z.Bayramovanın əvvəlcə qulağını kəsib, daha sonra onun üzünə bıçaqla xəsarətlər yetirib. Ər qadının kəsilmiş qulağını onun cibinə qoyub.
Z.Bayramova Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər qadının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cu Polis Bölməsində araşdırma aparılır.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir



































