Kriminal
Azərbaycanda məşhur hotelin sahibi elektron qolbaqda gəzəcək
Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən "Şah" adlı hoteldə qumar oyunu təşkil edənlərə cəza verilib.
Publika.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, qumar oyununun təşkilinə görə hotel sahibi, 1989-cu il təvəllüdlü Xaliq Məmmədsadıqov, orada ofisiant kimi çalışan 1998-ci il təvəllüdlü Hikmət M. və 1998-ci il təvəllüdlü Mirəli D. saxlanılıblar.
Onlar barəsində açılan Cinayət Məcəlləsinin 244-1.2.1; 244-1.2.4-cü maddələri ilə cinayət işinə məhkəmədə baxılıb. Təqsirləndirilən şəxslər hotel müştərilərinə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil ediblər. Aparılan araşdırma zamanı sözügedən hoteli biznes fəaliyyəti ilə məşğul olan Namiq və Xaliq Məmmədsadıqov qardaşlarının idarə etdiyi məlum olub. Hotelə daha çox nəzarəti Namiq Məmmədsadıqov etsə də, təqsirləndirilən ofisiantların sözlərinə görə, hotelin digər sahibi Xaliq Məmmədsadıqov qumara qarşı olub. Ofisiantlar ifadələrində qumar oyunlarını Namiq Məmmədsadıqovun tapşırığı ilə təşkil etiklərini deyiblər.
"Namiq hər dəfə bizə deyirdi ki, onun güclü "arxası", tanışları var. Hoteldə qumar oynayanlara rahat qulluq edin. Namiq hotelin rəhbəri olduğu üçün biz onun bu təklifindən qorxmadıq", - deyə onlar bildiriblər.
Hotelin sahibi Namiq isə ifadəsində "Şah" hotelində qumar oyunlarının keçirilməsindən və təşkil edilməsindən məlumatı olmadığını və icazə vermədiyini bildirib:
"Həmin oyunçuların orada qumar oynamasını Hikmət və Mirəli təşkil edib. Özümü ona görə qismən təqsirli bilirəm ki, kollektivi düzgün seçməmişəm".
Hoteldə qumarın təşkilatçısı kimi ofisiant Hikmət M. 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, məhkəmə iclas zalında həbs edilib. Hotelin sahibi Xaliq Məmmədsadıqov və Mirəli D. 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunublar. Hər iki şəxsə cəza çəkdiyi müddətdə üzərilərində elektron nəzarət qolbağı tətbiq edilib.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir



































