Kriminal
3 yaşlı qızını amansız şəkildə qətlə yetirmişdi: Sevdanın cəzası bəlli oldu
Konyada, 3 yaşlı qızı Səma Nurun boğazını kəsərək öldürən ana Sevda Kocabıyık, "yaxşı hal" endirimi ilə ömürlük həbs cəzasına məhkum edildi.
Publika.az xəbər verir ki, hadisə, 25 mart 2023-cü ildə Konyanın Sarayönü rayonunun Karabıyık məhəlləsində baş verib. Üç uşaq anası olan 35 yaşlı Sevda Kocabıyık, əvvəlcə qızı Səma Nurun, sonra isə öz boğazını bıçaqla kəsib. Səma Nur həyatını itirib, ağır yaralanan ana isə Sarayönü Dövlət Xəstəxanasına aparılıb.
Müalicədən sonra saxlanılan Kocabıyık, ağıl və ruhi vəziyyətinin yerində olub-olmadığının müəyyən edilməsi üçün Kayseri Şəhər Xəstəxanasına göndərilib. Burada aparılan yoxlamalardan sonra ağıl və ruhi vəziyyətinin normal olduğu müəyyənləşib və o, həbs edilib.
Sevda Kocabıyık barəsində "Alt soydan olan və özünü müdafiə edə bilməyəcək şəxsə qarşı qəsdən adam öldürmə" maddəsi ilə Konya 4-cü Ağır Cəza Məhkəməsində cinayət işi açılıb.
İddiada qeyd olunub ki, Kocabıyık qızını öldürdükdən və özünü yaraladıqdan sonra bıçağı qızının yastığının altında gizlədib. Kocabıyık ifadəsində bıçağı qorxu içində yastığın altına qoyduğunu deyib.
Kayseri Şəhər Xəstəxanasından təqdim olunan rəyə əsasən, Kocabıyıkın "qəsdən adam öldürmə" cinayətinin hüquqi mənasını və nəticələrini dərk etdiyi, bu cinayətə dair davranışlarını idarə etmə qabiliyyətinin tam olduğu qeyd olunub.
Bu gün keçirilən məhkəmə iclasında Sevda Kocabıyık və tərəflərin vəkilləri iştirak edib.
Prokuror Kocabıyıkın ruhi sağlamlığının yerində olduğunu və ona ağırlaşdırılmış ömürlük həbs cəzası verilməsini tələb edib.
Məhkəmə heyəti Kocabıyıkı "özünü müdafiə edə bilməyəcək şəxsə qarşı qəsdən adam öldürmə" cinayətindən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib. Lakin məhkəmələrdəki davranışlarını nəzərə alaraq "yaxşı hal" endirimi tətbiq edilib və cəza ömürlük həbs cəzasına endirilib.
(Milli.az)
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı



































.jpg)
