Kriminal
Rusiyada azyaşlını zorlayan azərbaycanlı onun anasına bu qədər pul verib: Turan Şahverdiyev kimdir? - FOTO
Rusiyada qadın azyaşlı qızı ilə cinsi əlaqəyə girmək üçün məşqçidən yarım milyon pul alıb.
Publika.az xəbər verir ki, bu barədə Amur Maş "Telegram" kanalında yazıb.
Primoryedə tanınmış idmançı Turan Şahverdiyev 8 Martı dostlarının əhatəsində qeyd edib. Orada 17 yaşlı bir qız da olub. Daha sonra Şahverdiyev ona təcavüz etməkdə ittiham olunub.
Bacısı bildirib ki, Şahverdiyev qızı iki dəfə zorlayıb. Lakin məlum olub ki, hadisədən sonra anası məşqçi ilə danışaraq cinayət işinin açılmaması üçün yarım milyon pul tələb edib.
Söhbətin səs yazısı polisə təqdim edilib. Faktla bağlı istintaq davam edir.
Qeyd edək ki, Turan Şahverdiyev əslən azərbaycanlıdır. O, əlbəyaxa döyüş federasiyasının üzvü, uşaq məşqçisi və Naxodka Azərbaycan diasporunun “Dostluq” idarə heyətinin sədr müavinidir.
Onun qardaşı Ruslan Şahverdiyev də tanınmış şəxsdir. O, 2022-ci ildən Naxodka Azərbaycan diasporu “Dostluq” İdarə Heyətinin sədridir.

-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir





































