Kriminal
Dəhşətli qətl və intiharın ŞOK TƏFƏRRÜATI - 5 ay əvvəl ailə qurduğu qadının... / VİDEO
Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Publika.az xəbər verir ki, Yasamal rayonu, General Məmmədşərif Həmidov küçəsindəki binanın dördüncü mərtəbəsində yaşayan Bürhan Məmmədov həyat yoldaşı Xumar Məmmədovanı amansızlıqla qətlə yetirib.
Məlumata görə, həmin gün X.Məmmədovanın iş yerindən ailəsinə zəng gəlib. Qardaşı evə gələrək cəsədi aşkar edib.
Binanın komendantı bildirib ki, onlar 5-6 ay idi evli idilər:
""Hadisə evdə olub, ailədaxili münaqişədir. Eşitdik ki, arvadını öldürüb. Normal və sakit ailə idilər. Heç bir problemləri də yox idi. Nə səbəbə baş verib bilmirik. Xanımın iş yerindən ata-anasına zəng ediblər, qardaşı da gələrək qapını qırıb görüb ki, bacısı ölmüş vəziyyətdədir. Oğlan nə siqaret çəkərdi, nə də içki içərdi, sakit insan idi. Cinayət hələ də sirr olaraq qalır".
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ötən gün axşam saatlarında 1987-ci il təvəllüdlü Bürhan İlham oğlu Məmmədov arvadı, 1992-ci il təvəllüdlü Xumar Ağa qızı Məmmədovanı öldürdükdən sonra axşam saatlarına qədər qaçıb gizlənib, günün sonunda yaşadığı binanın digər blokunun 14-cü mərtəbəsinə çıxaraq intihar edib.
Ətraflı "Baku" TV-nin süjetində:
-
MDB11:18Məşhur feminist öldürüldü - FOTOLAR
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI





































.jpg)
