Kriminal
Ermənipərəst Bob Menendezin həyat yoldaşı da təqsirli bilindi
ABŞ-da ermənipərəst keçmiş senator Bob Menendezdən sonra onun həyat yoldaşı, erməni əsilli Nadine Menendez (Arslanyan) də federal məhkəmədə münsiflər heyəti tərəfindən təqsirli bilinib.
Publika.az xəbər verir ki, prokurorlar hər ikisini siyasi maraqları müdafiə etmək qarşılığında nağd pul, qızıl külçələr və bahalı avtomobil qəbul etməklə cinayət ortağı olmaqda ittiham ediblər.
Keçmiş senatorun həyat yoldaşına qarşı hökm iyun ayında elan ediləcək. Həmin ay, həmçinin Bob Menendezin 11 illik azadlıqdan məhrum edilmə cəzasını çəkməsi üçün həbs olunması nəzərdə tutulub.
Xatırladaq ki, ötən il iyulun ortalarında Nyu-York məhkəməsi amerikalı ermənipərəst senator Bob Menendezi rüşvətxorluq, maliyyə fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib. Bu ilin yanvarında onun 11 il azadlıqdan məhrum edilməsinə dair hökm oxunub.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər



























.jpg)









