Kriminal
Ata qızını gözəllik salonunda işlədiyinə görə bıçaqladı
İranın İslamşəhr şəhərində ata gözəllik salonunda işlədiyi üçün qızına bıçaqla hücum edib.
Publika.az xəbər verir ki, bu barədə "IranWire" məlumat yayıb.
18 yaşlı Fatemeh Soltani atasının reaksiyasından qorxaraq qadın gözəllik salonunda gizli işləyirmiş. Nəticədə kişi müştəri adı altında zəng edərək onun iş yerinin ünvanını öyrənib və gözəllik salonuna gəlib. Atasının gəldiyini görən qız anasına zəng edərək ondan nə etməli olduğunu soruşub.
Qadın hüquqları müdafiəçisi Pərdis Rabiei sosial şəbəkədə xəbər verib ki, şahidlər bir kişinin bıçaqla salona girdiyini, işçilərin və müştərilərin gözü qarşısında qızına bir neçə bıçaq zərbəsi vurduğunu görüblər. O, qızın saçından tutaraq bıçaqlamağa çalışsa da, insanların müdaxiləsindən sonra qaçıb. Bundan sonra arvadını çağırıb deyib: “Mən səni bu kədərlə tərk etdim”.
HRANA xəbər agentliyi cinayətkarın tutulduğunu və barəsində cinayət işinin açıldığını bildirib.
Qeyd edək ki, atası onu və anasını mütəmadi olaraq təhqir etdiyi üçün Fatemeh valideynlərindən ayrı yaşayıb.
Adəm
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!





































