Kriminal
Masallıda kişi azyaşlı qıza əxlaqsız təklif etdi, anası polisə verdi - TƏFƏRRÜAT
Masallı rayonunda azyaşlı qıza qarşı kobud rəftar və əxlaqsız hərəkətlər edən yaşlı kişi həbs edilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə aprelin 24-də Masallı rayonunun kəndlərindən birində baş verib.
Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Məmməd Nəcəfovun (ad-soyad şərti verilib – red.) azyaşlı qıza qarşı kobud rəftar və əxlaqsız hərəkətlər etməsi ilə bağlı onun anası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
Daha sonra şikayətçi Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Müəyyən edilib ki, həmin gün Məmməd və şikayətçilər arasında kənd ərazisində şəxsi münasibətlər zəmində mübahisə baş verib.
Mübahisə zamanı Məmməd kəndin mərkəzindəki küçədə uca səslə nalayiq ifadələr işlədib, ictimai asayişi kobud surətdə pozub.
Araşdırma zamanı Məmmədin azyaşlıya qarşı əxlaqsız təklif etməsi faktı təsdiqini tapmayıb. Bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib.
Lakin Məmmədin əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsinin tərkibi olduğu müəyyən olunub.
İş üzrə izahat verən Məmməd bildirib ki, şikayətçi Vəfa həmkəndlisi, Xumar isə onun qızıdır: “Həmin gün saat 19 radələrində kəndinin mərkəzində marketlərin birindən pivə alıb oradaca içdim. Sərxoş vəziyyətə düşdüyümdən Xumarın yoldan keçdiyini gördüm, onunla nəzakətli şəkildə salamlaşdım, atasının dostu olduğumu bildirdim. Mobil nömrəmi Xumara verdiyimi xatırlasam da, digər baş verənlər yadımda deyil. Xumar oradan uzaqlaşdı, mən də yoluma davam etdim. Təxminən 30 dəqiqə sonra Vəfa zəng etdi, harada olduğumu soruşdu. Bir az sonra kəndin mərkəzi küçəsində görüşdük. Həddindən artıq spirtli içki içdiyim üçün həmin vaxt aramızda nə söhbətlər olduğunu bilməmişəm. Əməlimdən peşmanam, xəcalət çəkirəm. Daha spirtli içki qəbul etməyəcəm”.
İş üzrə izahat verən azyaşlının valideyninin sözlərinə görə, həmin gün saat 20 radələrində qızı Xumar evdə ağlayaraq bildirib ki, Məmməd adlı şəxs ona qarşı əxlaqsızlıq təklif edib, onu çox istədiyini, sevdiyini bildirib və mobil nömrəsini ona verib: “Dərhal Məmmədə zəng edib harada olduğunu soruşdum. Uzaqda olduğunu dedi, mobil telefonunu söndürdü. Məmmədi axtardıqda onu kəndin mərkəzində - küçədə gördüm. Ondan nə üçün belə hərəkət etdiyini soruşdum. Hərəkətdən utandığını bildirdi və məndən üzr istədi. Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat verdim. Polisə məlumat verdiyim üçün Məmməd küçədə kənar şəxslərin yanında ünvansız nalayiq sözlər işlətdi”.
Masallı Rayon Məhkəməsinin qərarı ilə Məmməd İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 12 gün müddətinə inzibati qaydada həbs edilib.
-
Magazin107:15"İstirahət burnumuzdan gəldi" - Ayan xoşagəlməz hadisə ilə üzləşdi
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq
-
Dünya02:10Hörmüzdə iki neft tankeri partladı
-
ABŞ00:45ABŞ İrana qarşı ardıcıl yeddinci gecə hücumlarına başladı
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video












.png)
























