Kriminal
Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkdilər - TƏFƏRRÜAT
Bakıda sosial şəbəkədə tanış olduqları şəxsi evə dəvət edərək təhqir edən, alçaldaraq kameraya çəkən şəxslər hakim qarşısına çıxarılıb. Onların hər birinə ağır cəza verilib.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, Məmixan, Sultanə və Sadiq adlı tanışlar plana əsasən sosial şəbəkədə Qafar (ad şərtidir) adlı şəxslə tanış olublar.
Bu tanışlığı Sultanə edib. Sultanə instaqramda tanış olduğu Qafarla 14 fevralda görüş təyin edib. Görüşdən əvvəl onlar görüntülü zənglə danışblar da. Hər ikisi bir-birlərinən üzlərinin yarısını göstəriblər.
Qafar görüşə gələn zaman Sultanə onu evə dəvət edib. Bu zaman Məmixan otağa daxil olaraq Qafara hücum edib. Sultanənin arvadı olduğunu deyərək Qafardan nə niyyətlə gəldiyini soruşub və onu döyməyə başlayıb. İttihama görə Məmixana Sadiq də kömək edib.
İstintaq zamanı məlum olub ki, onlar Qafarı telefonla görüntüyə də alıblar. Həmin görüntülərdə Qafarı təhqir edib, alçaldıcı sözlər işlədiblər. Məlumata görə Qafarın paltarlarını da soyundurublar.
Hədə-qorxu ilə Qafarın telefonunu, qol saatını alıblar. Kartında olan 1000 manatdan çox pulu da öz kart hesablarına köçürüblər. Bundan sonra Qafarı sərbəst buraxıblar.
Qafar ifadəsində deyib ki, Sultanəni sosial şəbəkələrdə Fatimə adı ilə tanıyıb. O, Sultanə və Sadiqi bağışlasa da Məmixana ağır cəza verilməsini istəyib.
Məhkəmənin hökmü ilə Məmixan 8 il 6 ay azadlıqdan məhrum edilib. Sultanə və Sadiq isə hərəsi 8 il azadlıqdan məhrum ediliblər.
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!





































