Kriminal
Ballıqayadakı qətliamla bağlı protokollar məhkəmədə tədqiq edildi
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilmiş qətliam faktı ilə bağlı protokollar elan və tədqiq edilib.
Publika.az xəbər verir ki, sənədlərə əsasən, Laçın rayonu işğal edildikdən sonra müvəqqəti olaraq Goranboy rayonunun Ballıqaya kəndində yerləşən, Gülüstan meşəliyinin kənarında alaçıqlarda məskunlaşmış Laçın rayonunun Nağdalı kənd sakinləri 1992-ci il avqustun 28-də gecə saat təxminən 05 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən odlu silahlardan ümumi təhlükəli üsulla atəşə tutulub, nəticədə 24 nəfər qətlə yetirilib, 9 nəfər yaralanıb.
Qətliam zamanı həlak olmuş şəxslərdən 7-si 18 yaşınadək, 4-ü 60 yaşdan yuxarı şəxslər, ümumilikdə, 13-ü qadın cinsinə, 11-i isə kişi cinsinə aiddir.
Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən edilib ki, Laçın rayonundan məcburi köçkün düşmüş şəxslər Ballıqaya kəndinin dağlıq hissəsində “fin evi” adlanan tikilidə və 4 alaçıqda məskunlaşıblar. Onlar həmin gecə təxminən 9 nəfər erməni hərbçisi tərəfindən ümumi təhlükəli üsulla odlu silahlardan atılmış atəşlər nəticəsində öldürülüb, daha sonra yaşadıqları alaçıqlar od vurulmaqla yandırılıb. “Fin evi” adlanan tikili tamamilə yanıb, içərisindən bir qadın və 6 uşaq meyiti, 1-ci alaçıqdan 6 meyit, 2-ci alaçıqdan 4 meyit, 3-cü alaçıqdan 1 yaralı uşaq, 2 meyit, 4-cü alaçıqdan 2 meyit və 2 yaralı uşaq, “Belarus” markalı traktorun yaxınlığında 3 meyit aşkarlanıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 8-də davam etdiriləcək.
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı















.jpg)











.jpg)









