Kriminal
16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər - Sabirabadda
Sabirabadda 16 yaşlı qızı bu gün 33 yaşlı oğlana ərə vermək istəyiblər.
Publika.az xəbər verir ki, bu haqda aparıcı Lalə Azərtaş "Təsir dairəsi" proqramında danışıb. O bildirib ki, bu gün qurulan toy məclisinin qarşısı alınıb:
"Mənə Sabirabad tərərfdən güclü bir qarğış küləyi gəlir. Çünki gecə ilə aldığım məlumatla bu gün Sabirabadın Yenikənd kəndində qurulan bir toy mərasimi ləğv edilib. Ona görə ki, bu toyda əyləşən qızın heç 17 yaşı tamam olmayıb. Mən bilirəm ki, indi bizi izləyirlər. Qulağıma bir-iki söz çatır. Mən axı dedim ki, darvazanın o biri tərəfində bizim əməkdaşlarımız var. O toy bu gün olmayacaq. 16 yaşlı bir uşağı 33 yaşlı xalası oğluna məcbur ərə vermək istəyiblər. Qohum evlilikləri iyunun 1-dən rəsmi olaraq qadağan olunacaq. Ona görə də belə tələsik etmək istəyirdilər ki, iyunun 1-dən dövlət qadağa edəcək. Hətta eşitdiyimə görə, toy üçün 20 min xərc çəkilibmiş".
(Axşam.az)
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı



































