Kriminal
Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?
“Azərbaycanlı bloqer Hüseyn Həsənov Rusiyada çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilib. Xüsusilə, külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur. Mənə izləyicilərim tərəfindən yazılan bəzi informasiyalara görə, Azərbaycanda da belə blogerlər var”.
Publika.az xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, izləyicilərin sözlərinə görə həmin blogerlər xüsusilə, vasitəçi şirkətlərin dəstəyi ilə xarici brend məhsulları həddən artıq yüksək qiymətə reklam edərək, pulun leqallaşdırılmasında iştirak edirlər:
“Bununla bağlı məndə sübutlar olmasa da, bu formada mesajlar alıram. İddiaçıların dediyinə görə, bu səbəbdən də qəflətən blogerlərin lüks həyat tərzləri sosial mediada göz qamaşdırmağa başlayır.
Təklif edirəm ki, adiyyəti dövlət qurumu bu fəaliyyət növünü dəqiq kodlar altında birləşdirib, içi mən qarışıq hamını audit etsin. Düşünürəm ki, əgər bazarda belə hallar varsa, hər qəpiyinin vergisini verən mənim kimi yaradıcı məzmun istehsalçılarına qarşı haqsızlıq yaranmış olar”.
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı



































