Kriminal
Bako Sahakyan bu cinayət əməllərini törətdiyini etiraf etdi
Mayın 19-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan işğal olunmuş Azərbaycan ərazilərində Şuşanın işğalından sonrakı fəaliyyəti, hansı dəstədə xidmət etməsi, hansı komandirlərlə görüşməsi və nələri müzakirə etməsi ilə bağlı sualları cavablandırıb.
Publika.az xəbər verir ki, o, 1993-cü ilin iyun ayından arxa xidmət qərərgah rəsi olduğunu deyib.
Təqsirləndirilən şəxsin dindirilməsi zamanı nümayiş olunan videoda Bako Shakyan da görünüb. Kadrlarda stul arxasında oturan hərbçilərin sənədlər və xəritə üzərində müzakirələr aparması əksini tapıb. Videodan və B.Sahakyanın ifadələrindən məlum olub ki, müzakirələr zamanı orada müxtəlif komandirlər iştirak edib.
B.Sahakyan nümayiş olunan videoda özünü, general Kristapor İvanyanı, Samvel Karapetyanı, Movses Akopyanı, Samvel Babayanı, Vitali Balasanyanı, Vaçaqan İsxanyanı və digərlərini tanıyıb.
Bir vaxtlar Azərbaycanın işğal olunuş ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma rejimə “rəhbərlik etmiş”, hazırda isə Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirləndirildiyi üçün Bakıda mühakimə olunan Ermənistan vətəndaşı Bako Sahakyan açıq məhkəmə iclasında suveren ərazilərimizin vaxtilə Ermənistan tərəfindən işğal edilməsi üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında və müzakirəsində iştirakını etiraf edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
















.jpg)

















