Kriminal
Ərinin boğub Kürə atdığı Nuranənin 16 yaşı var imiş - TƏFƏRRÜAT
Sabirabadda qadını öldürərək Kürə atan şəxs barədə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
xxx
Sabirabad rayonunda baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, hadisəyə səbəb ər və arvad arasında yaranan münaqişə olub.
Məlumata görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə bir il əvvəl evlənib. Lakin onların arasında rəsmi nikah olmayıb. Cütlük S.Talıbzadənin ailə üzvləri tərəfindən təşkil edilən dini kəbinlə yaşayırmış.
Bir neçə gün əvvəl qadın rəsmi nikaha daxil olmaq istəyib və bu barədə həyat yoldaşına deyib. Amma S.Talıbzadə rəsmi nikaha razı olmayıb. Ər-arvadın mübahisəsi bir neçə gün davam edib və bu gün baş verən münaqişə nəticəsində S.Talıbzadə həyat yoldaşını döyərək boğub. Nəticədə, qadın hadisə yerində ölüb.
Onun öldüyünü görən əri izi itirmək üçün meyiti Kür çayına atıb və qadının intihar etdiyi barədə məlumat yaymaq istəyib. S.Talıbzadə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Lakin qadının ailə üzvləri onun qətlə yetirildiyini bildirərək, S.Talıbzadənin əməllərini ifşa ediblər.
Bundan sonra S.Talıbzadə saxlanılıb və törətdiyi cinayəti etiraf edib.
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
















.jpg)

















