Kriminal
Dəhşətli qətllə bağlı YENİ DETALLAR - Nuranəni öldürdükdən sonra 3 gün...
"Gəlinim mart ayından sonra evə gəlməyib".
Publika.az xəbər verir ki, bunu Sabirabadda 16 yaşlı gəlini qətlə yetirməkdə təqsirləndirilən Seyidrəsul Talıbzadənin atası Mirmövsüm Talıbov Oxu.Az-a hadisə ilə bağlı danışarkən bildirib.
M.Talıbovun sözlərinə görə, bir il əvvəl qızla oğlan tanış olub və bir-birini seviblər:
"Bu barədə hər iki tərəf məlumatlı idi. Bir gün oğlum qızla birlikdə gəldi, dedi ki, götürüb qaçmışam. Qızın anası, xalası və nənəsi gəldilər. Dedim ki, soruşun görün, qız getmək istəyir? Qızdan soruşdular, qız dedi ki, getmirəm, mən oğlanı sevirəm. Mən də dedim: Allah mübarək eləsin. Razılaşdıq, evləndilər. Bu vaxta qədər oğlanla qız arasında ciddi problem olmayıb. Hər ailədə xırda söz-söhbət olur, bunlarda da arada olurdu".
M.Talıbov əlavə edib ki, qız mart ayında anasını çağırıb:
"Anası xalası ilə gəldi, dedilər ki, dolana bilmirlər, aparaq. Qızı da götürüb getdilər. Mart ayından sonra qız geri qayıtmayıb".
Atanın sözlərinə görə, bir neçə gün əvvəl oğlu ondan 20 manat pul istəyib:
"Dedi ki, işə gedir. Mən də verdim. Axşam evə qayıtdı, səhər tezdən yenə getdi. Sən demə, polisə təslim olmağa gedibmiş. Dünən günorta mənə xəbər verdilər ki, polis çağırır. Getdim, dedilər ki, oğlun arvadını öldürüb, təslim olub. Biz də bundan sonra bildik ki, qızı 3 gün əvvəl öldürüb".
Gəlinin bir həftə əvvəl ata evindən qayıtması barədə yayılan məlumatlara gəlincə, M.Talıbov bunu təkzib edib:
"Atası da mənim kimi şokdadır, nə danışdığını bilmir. Qızın atası anasından boşanmışdı, başqa ailəsi də var. O qadından da iki uşağı var. Qız atası ilə yox, anası ilə yaşayırdı. Seyidrəsul da qızı anasının yanından qaçırıb".
M.Talıbov bildirib ki, oğlu hazırda Sabirabad Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindədir:
"Heç kim belə hadisənin olmasını istəməzdi. Niyə olub, nə səbəbə olub, biz də bilmirik. Öz aralarında olan məsələdir. Oğlum məndən pulu alıb gedəndən sonra xəbər yayıldı. Gedib gördüm ki, camaat Kürün qırağına yığışıb. Onda bildik ki, gəlini oğlum öldürüb və Kür çayına atıb".
-
İdman00:15Günün ULDUZ FALI - Təşəbbüvü ələ ala bilərsiniz
-
İdman25 Avqust 23:45"Qarabağ" "Sabah"ı belə təbrik etdi
-
Sosial25 Avqust 23:12Sabah 9 rayonun bəzi əraziləri işıqsız qalacaq
-
İdman25 Avqust 22:55Kantri musiqisinin ikonası vəfat etdi
-
İKT25 Avqust 22:30“Telegram”dan möhtəşəm yeniliklər
-
Magazin125 Avqust 22:15Elgiz Əkbər bu verilişlə geri dönür - VİDEO
-
Sosial25 Avqust 20:24Elxan Mütəllimova yüksək vəzifə verildi
-
İdman25 Avqust 20:00“Sabah” “Hapoel”ə qarşı - Start heyətlər bəlli oldu


















.jpg)













.jpg)
.jpg)