Kriminal
Məşhur jurnalistin meyiti zibil konteynerindən tapıldı
ABŞ-ın Las-Veqas şəhərində tanınmış jurnalist və frilans yazıçı Metyu Kelemanın meyiti zibil konteynerindən tapılıb.
Publika.az "The Guardian"a istinadən xəbər verir ki, hadisə şəhər sakinlərinin konteynerdən gələn kəskin qoxu ilə bağlı şikayətindən sonra üzə çıxıb.
Yerli polisin verdiyi məlumata görə, konteyner yoxlandıqda içəridə 56 yaşlı jurnalistin qalıqları aşkarlanıb.
Mərhumun bacısı bildirib ki, Keleman yaşadığı evi tərk etməyə hazırlaşırdı:
"Orada yaşamaq onun üçün çox çətin idi. Ev yoldaşını isə daim qəribə biri kimi təsvir edirdi", – deyə bacısı əlavə edib.
Hüquq-mühafizə orqanları ilkin araşdırmalardan sonra jurnalistin qətli ilə bağlı onun 63 yaşlı otaq yoldaşını şübhəli şəxs kimi müəyyənləşdirib. Lakin həmin şəxsin polis patrulunun təqibi zamanı baş verən yol-nəqliyyat qəzasında həyatını itirdiyi məlum olub. Qəzanın Kelemanın ölümü ilə birbaşa əlaqəsi olmadığı açıqlanıb.
Metyu Keleman 2003-cü ildən Las-Veqasda yaşayıb. O, “944” və “City Life” kimi jurnallarda mütəmadi yazılarla çıxış edib. Son 20 il ərzində isə “Las Vegas Weekly” başda olmaqla, müxtəlif nüfuzlu nəşrlər üçün film resenziyaları, reportajlar və məqalələr qələmə alıb.
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR














.jpg)





















