Kriminal
Nəsimidə 3 narkokuryer saxlanıldı
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizəni davam etdirirlər. Aparılan əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunan şəxslər - 52 yaşlı Toğrul Rüstəmov, tanışı 62 yaşlı İlqar Əliyev və 28 yaşlı Elmir İsmayılov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, onlardan 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
Saxlanılanlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
T.Rüstəmov, İ.Əliyev və E.İsmayılovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR














.jpg)





















