Kriminal
TƏBİB-dən döyüldükdən sonra ölən Qəmbərlə bağlı AÇIQLAMA - YENİLƏNDİ
İyunun 3-də saat 12:40 radələrində 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs arterial hipertenziya diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Publika.az-a TƏBİB-dən məlumat verilib.
Ona zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Daha sonra o, 04.06.2025-ci il tarixində yaxınları tərəfindən təkrar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona digər beyindaxili qansızma diaqnozu təyin edilib. Göstərilmiş bütün reanimasiyon tədbirlərə baxmayaraq 05.06.2025-ci il tarixində saat 14:40 radələrində ölüm faktı qeydə alınıb. ("Report")
xxx
20:24
Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a bildirilib.
İlkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, Cəlilabad rayonun Həziabad kənd sakini, 1984-cü il təvəllüdlü Qənbər Yusubov toyda döyülüb. Daha sonra o, xəstəxanaya yerləşdirilib. Bu gün isə xəstəxanada dünyasını dəyişib.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq












.jpg)


























