Kriminal
Mingəçevirdə ər-arvadın ölümünün - YENİ DETALLARI
Ötən gün Mingəçevirdə evdə xanımı ilə birgə meyiti aşkarlanan 64 yaşlı kişi Rusiya vətəndaşıdır.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə dünən şəhərin 20 Yanvar küçəsi, 6 ünvanında yerləşən həyət evində baş verib.
Həmin ünvandakı evdə ölmüş vəziyyətə aşkarlanan 1961-ci il təvəllüdlü Mustafa Babayevin və onun 1962-ci il təvəllüdlü xanımı Sayalı Babayevanın ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.
Mərhum Mustafa Babayevin qudası - yeganə qızının qayınatası Nuraləm Əsgərovun Teleqraf-a verdiyi məlumata görə, bir oğul və bir qız övladı olan mərhum cütlük mehriban və xoşbəxt yaşayıb. Rusiya vətəndaşı olan Mustafa Babayev 30 il orada fasiləsiz yaşayıb, ailəsi üçün xoş güzəran yaradıb.
Ailənin xoşbəxtliyi iki ay öncə pozulub. Ailənin Rusiyada yaşayan yeganə oğul övladı Murad münaqişə zəminində tacik millətindən olan cinayətkarlar tərəfindən qətlə yetirilib. Mərhumun meyiti Mingəçevirə gətirilərək dəfn olunub.
Mayın 1-də Muradın 40 günlük yas mərasimi keçirilib.
Yaxınlarının sözlərinə görə, övlad itkisi ata-ananın dərin üzüntüsünə səbəb olub. Onsuz da xəstə olan ana infarkt keçirib.
Dünən Sayalı Babayeva növbəti dəfə infarkt keçirərək vəfat edib. Həyat yoldaşının öldüyünü görən Mustafa Babayev qudası Nurələm kişiyə və dostuna qısa məzmunlu mesaj yazıb: "Oğlum vaxtsız getdi, Sayalım da öldü. Daha yaşamağa həvəsim yoxdur. Salamat qalın, mən gedirəm. 15 dəqiqə sonra gələrsiniz bizə".
Mesajı göndərdikdən dərhal sonra Mustafa Babayev həyətdə özünü asaraq öldürüb.
Mesajı alan quda, kürəkən və digər doğmalar tələsik özlərini həmin ünvana çatdırsalar da, ər-arvadı ölmüş vəziyyətdə aşkar ediblər.
Qeyd edək ki, ailədən yeganə sağ qalan ailəli qız övladıdır. Rusiyada qətlə yetirilmiş Murad subay olub.
-
ABŞ19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi
-
Ekopublika.az19:00Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika
-
Elm və təhsil16:44Qəbul imtahanının nəticələri açıqlandı
-
Nida Xəbər 14:58AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib - Lavrov
-
Nida Xəbər 13:43Azərbaycanın döyüş təyyarələri səmaya qalxdı - FOTO
-
Nida Xəbər 12:51Baş nazir Samir Şərifovu sədr - TƏYİN ETDİ
-
Dünya12:18Biz həmişə izləyirik: “Ağıllı eynək”lərə qarşı etiraz

















.jpg)



















