Kriminal
Gürcüstanda 4 Türkiyə, 3 Moldova vətəndaşı niyə saxlanıldı? - 20 ilə qədər həbs cəzası...
Acarıstanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən üç Moldova və dörd Türkiyə vətəndaşı saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə “Novosti-Qruziya” Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Əcnəbilərin yaşayış yerlərində aparılan axtarışlar nəticəsində külli miqdarda müxtəlif növ narkotik vasitələr: metadon, mefedron, preqabalin, marixuana, habelə xüsusi təchiz olunmuş istixanalarda bitən çətənə kolları aşkar edilərək götürülüb.
Maddi sübut kimi işə dərman vasitələrinin qablaşdırılması üçün lazım olan elektron tərəzi və müxtəlif materiallar, həmçinin istixanalardan alınan avadanlıqlar əlavə edilib.
İdarədən bildirilib ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və saxlanması, narkotik vasitələrin qanunsuz satışına cəhd, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz becərilməsi faktları ilə bağlı araşdırmalar davam etdirilir.
Günahı sübuta yetirilərsə, təqsirləndirilən şəxsləri 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası gözləyir.
Tural
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq












.jpg)


























