Kriminal
Sayt rəhbəri və onunla birgə ittiham olunanların məhkəməsi keçirildi
"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrlik etdiyi prosesdə ittiham aktı elan olunub.
Məlum olub ki, "Məclis.info" saytı və eyni adlı sosial şəbəkə hesabları müvafiq qanunun tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmayıb. Hər üç şəxs adıçəkilən saytdan istifadə edərək xarici donor təşkilatlarından qrant alaraq gömrük nəzarətindən bəyan etməyib, qaçaqmalçılıq yolu ilə ölkəyə gətiriblər.
İttihama görə, təqsirləndirilən şəxslər bu əməli törədərkən saxta sənədlərdən də istifadə ediblər. Əlavə olaraq onlar bu əməlləri "Abzas Media" işində təqsirləndirilən şəxslərlə birgə törətməkdə də ittiham olunurlar. Zərərçəkən qismində Gəncə Regional Vergi İdarəsi tanınıb.
İmran Əliyev, Elgiz Qəhrəmanlı və Tamella Musayeva özlərini təqsirli bilməyiblər. Növbəti məhkəmə prosesi iyunun 17-nə təyin olunub.
Qeyd edək ki, Məclis.info saytının rəhbəri İmran Əliyev ötən il aprelin 19-da həbs edilib.
İstintaq araşdırması zamanı Elgiz Qəhrəman və Tamella Musayeva da iş üzrə məsuliyyətə cəlb olunublar.
Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham elan olunub.
İmran Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib. Digər iki təqsirləndirilən - Elgiz Qəhrəman və Tamella Musayevanınn barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq












.jpg)


























